Ana Sayfa > Karusel / Dünya > Azərbaycanlı avtoritetlərin qanlı davası:

Azərbaycanlı avtoritetlərin qanlı davası:


6-12-2024, 16:57. Yazar: sevinc1
Azərbaycanlı avtoritetlərin qanlı davası:

Son günlər “TikTok” sosial şəbəkəsində azərbaycanlı kriminal avtoritet Arif Babayevin Rusiyada amansızcasına döyülməsinə dair müxtəlif görüntülər yayılıb. Görüntülərdən hadisənin nə vaxt və harada baş verdiyi aydın olmur.

aia.az xəbər verir ki, Bakupost.az hadisənin təfərrüatları ilə bağlı bəzi məqamları dəqiqləşdirə bilib.

Əldə etdiyimiz məlumata görə, hadisə noyabrın 2-də Moskva vilayətinin Reutovo şəhərindəki “Mendel” kafesində baş verib.

Qeyd olunur ki, “qanuni öğru” Ülfət Tağıyevin (Rüfo Gəncinski) göstərişi ilə onun ən yaxın tərəfdarları – qardaşı Məhəmməd, Fuad Sumqayıtski, Sahir İmişlinski və Nəbi Arif Babayevi ölümcül döyüblər.

Onun vəziyyətinin hələ də ağır olduğu bildirilir.

Hadisənin səbəblərinə gəlincə, Arif Babayevin, digər kriminal avtoritet Sabirin (Yetim) Rüfonu söydüyü və lağ etdiyi anın şahidi olduğu üçün cəzalandırılıb. Döyülmə zamanı Arifdən Rüfonun düşməni, “qanuni oğru” Namiq Səlifovu təhqir etməsi tələb edilib.

Məlumata görə, Rüfonun adamlarının bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmaması və vəziyyəti yoluna qoymaq üçün onun dostu, Rusiya DİN-in əməkdaşları ilə korrupsiya əlaqələri olan kriminal avtoritet Vüsal Rüstəmov (Vüsal Naxçıvanlı) Moskvaya gəlib.

Məhz bundan sonra döyülən Arif Babayevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı DİN orqanlarına heç bir daxil olmayıb. Eyni zamanda hüquq-mühafizə orqanlarının Arif Babayevə hücum edənlərin axtarışı üçün heç bir tədbir görmədiyi qeyd olunur.

Rusiya KİV- qeyd edir ki, bu, Rüfonun və onun dostlarının hüquq-mühafizə orqanları ilə problemləri bu şəkildə həll etməsinə dair ilk hadisə deyil:

"Bundan əvvəl Vüsal və "qanuni oğru" Badri Koquaşvili FTX-nin K idarəsinin 8-ci şöbəsindəki əlaqələri vasitəsilə Namiq Səfərov barəsində cinayət işi açılmasına nail olmuşublar. Badri Koquvaşvili, Vüsal Rüstəmov və Rüfo Gəncinski Səlifov qardaşlarının köhnə düşmənləridir. Onların qarşıdurması hüquq-mühafizə orqanlarınıN bu mübarizəyə cəlb edilməsi ilə hələ də davam edir".

aia.az
Geri dön