Ana Sayfa > İdman > Arteta "Arsenal"ın tarixinə düşdü

Arteta "Arsenal"ın tarixinə düşdü


5-12-2024, 18:00. Yazar: sevinc1
Arteta "Arsenal"ın tarixinə düşdü

"Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni klub rekordu qırıb.

aia.az xəbər verir ki, onun komandası ötən gecə İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Yunayted”i üstələyib - 2:0. "Topçular" bunadək "Mançester Yunayted"lə son 3 görüşlərində də qalib gəlmişdilər.

Nəticədə Arteta "Arsenal"la “Mançester Yunayted” üzərində ardıcıl 4 Premyer Liqa matçında qələbə qazanan ilk məşqçi olub.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla 3-cüdür. “Mançester Yunayted” 19 xalla 11-ci yerdədir.

aia.az
Geri dön