Ana Sayfa > İdman > İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verdi

İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verdi


5-12-2024, 17:27. Yazar: sevinc1
İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

aia.az-ın məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.


aia.az
Geri dön