Ana Sayfa > Manşet / Ölkə / Özəl > Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşların növbəti qəbulunu keçirib
Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşların növbəti qəbulunu keçirib5-12-2024, 15:02. Yazar: sevinc1 |
Dekabr ayının 5-də Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində növbəti dəfə vətəndaşları qəbul edib. aia.az xəbər verir ki görüş millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. 40 nəfərə yaxın şəhər sakininin qatıldığı görüşdə şəhid ailələri və qazilər də iştirak ediblər. Qəbul zamanı Novruz Aslan vətəndaşlar tərəfindən qaldırılan məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib. Deputat Novruzəli Aslanovun dekabrın 5-də İsmayıllı şəhərində keçirdiyi qəbulda iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri onlara və ümumilikdə İsmayıllı rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər. Geri dön |