Ana Sayfa > İdman > Azərbaycanın U-19 yığmasının rəqibləri müəyyənləşdi

Azərbaycanın U-19 yığmasının rəqibləri müəyyənləşdi


5-12-2024, 12:48. Yazar: sevinc1
Azərbaycanın U-19 yığmasının rəqibləri müəyyənləşdi

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

aia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Komandamız 13-cü qrupda Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

aia.az
Geri dön