Ana Sayfa > Özəl > ABŞ Dövlət Departamenti Rumıniyanı niyə hədələyib?-SƏBƏB
ABŞ Dövlət Departamenti Rumıniyanı niyə hədələyib?-SƏBƏB5-12-2024, 09:01. Yazar: sevinc1 |
Rumıniyanın ölkədə keçirilən prezident seçkiləri nəticəsində xarici siyasətdə qərbyönümlü kursdan çıxa bilməsi Rumıniyadan Amerika investisiyalarının axınına səbəb ola bilər. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.“İstənilən belə dəyişiklik (seçkidən sonrakı siyasət) ABŞ-ın Rumıniya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı üçün ciddi mənfi nəticələrə səbəb olacaq, xarici investisiyaların məhdudlaşdırılması qərarı isə ABŞ şirkətlərini Rumıniyaya investisiya qoymağa davam etməkdən çəkindirəcək”, - sənəddə deyilir. Qeyd olunur ki, Birləşmiş Ştatlar Rumıniyanın “güclü NATO müttəfiqi” və Vaşinqtonun Aİ-dəki tərəfdaşı kimi rolunu yüksək qiymətləndirir. Dövlət Departamenti xatırladıb ki, tərəflər güclü tərəfdaşlıqları sayəsində “müdafiə sahəsində əməkdaşlığımızda” və iqtisadi tərəfdaşlıqda mühüm irəliləyiş əldə ediblər.Bundan əvvəl Amerikanın “Politico” qəzeti yazırdı ki, “Rusiyayönlü” hesab edilən müstəqil namizəd Kalin Georgescu-nun Rumıniyada keçirilən seçkilərdə qələbəsi NATO-nu dalana dirə bilər. Noyabrın 24-də Georgesku Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib. Mərkəzi Seçki Komissiyasının rəhbəri Toni Qrebl bəyan edib ki, səsvermə təkrarlana bilər, lakin Konstitusiya Məhkəməsi birinci turun nəticələrini ləğv etməyib. aia.az Tərcümə şöbəsi Geri dön |