Ana Sayfa > Təhsil / Karusel > -“Qafqaz” dövlət universiteti olacaq
-“Qafqaz” dövlət universiteti olacaq18-01-2017, 12:43. Yazar: admin |
Qafqaz Universitetinin ləğv olunması ilə bağlı “Vergilər” qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib. Oxu.Az-ın məlumatına görə, rektor AzVision.az-a açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb. “Hazırda universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”. Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”. Qeyd edək ki, “Vergilər” qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən “Qafqaz” Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər. Geri dön |