Ana Sayfa > Gündəm / Karusel > “ASAN xidmət”in iş qrafiki dəyişdi

“ASAN xidmət”in iş qrafiki dəyişdi


18-01-2017, 12:41. Yazar: admin


Həftəsonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, “ASAN xidmət”dən Fins.az-a verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Belə ki, bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.
Geri dön