Ana Sayfa > Özəl > Amerikalı jurnalist Karlson Rusiyanın baş diplomatı ilə müsahibə üçün Moskvaya gəldiyini deyir
Amerikalı jurnalist Karlson Rusiyanın baş diplomatı ilə müsahibə üçün Moskvaya gəldiyini deyirDünən, 09:15. Yazar: sevinc1 |
Daha əvvəl Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson bu dəfə Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbət etmək üçün yenidən Moskvaya qayıdıb. “Biz dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə götürmək üçün Moskvaya qayıtdıq”, - deyə Karlson öz internet səhifəsində yerləşdirdiyi müsahibə treylerinde bildirib. "Biz bu müsahibədən indicə çıxdıq. Bu, tamamilə heyranedicidir. Çox tezliklə gələcək", - jurnalist bildirib. Onun sözlərinə görə, Lavrov "dünyada ən uzun müddətdir vəzifədə olan xarici işlər naziridir". "Biz ondan soruşduq ki, biz tam olaraq haradayıq? Biz Rusiya ilə ABŞ arasında görünməmiş münaqişəyə doğru gedirik? Rusiyanı Şərqdən, Çin sferasından, Qərbə qaytarmağın bir yolu varmı? Bu ittifaq daimidirmi və Donald Trampın seçilməsi dünyanı, ABŞ iqtisadiyyatını, qlobal iqtisadiyyatı yenidən formalaşdıran və bu planetdəki hər bir insanın həyatını riskə atan bu müharibənin sona çatması deməkdir”, - Karlson əlavə edib. aia.az Tərcümə şöbəsi Geri dön |