Ana Sayfa > Manşet / Parlament > Qarabağın xətrinə buna dözmək olar -
Qarabağın xətrinə buna dözmək olar -Dünən, 11:46. Yazar: sevinc1 |
"Mən I oxunuşda həmkarlarıma diqqətlə qulaq asdım. Onlara demək istəyirəm ki, sizin qarşınızdakı başqa ölkənin deyil, öz ölkəmizin hökumət üzvləridir". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. A.Abbas bildirib ki, ölkəmizə qıraqdan pul gəlmir və nəqədər pul varsa, onu necə xərcləmək olar deyə düşünürlər. "Həmkarlarım qaz yoxdur, məktəb yoxdur, su yoxdur deyərək bunları cari problemə çevirirlər. Biz müharibədən çıxmış bir dövlətik. Qaz da olacaq, su da olacaq. Qarabağın xətrinə buna dözmək olar. Qarabağda çox böyük quruculuq işləri aparılır. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Bunları ciddi problemə çevirməyək". aia.az Geri dön |