Ana Sayfa > Siyasət > "Ermənistanın və Aİ-yə üzv bəzi dövlətlərin Azərbaycana qarşı başladığı oyunlar fiaskoya uğrayacaq" -
"Ermənistanın və Aİ-yə üzv bəzi dövlətlərin Azərbaycana qarşı başladığı oyunlar fiaskoya uğrayacaq" -Bu gün, 15:17. Yazar: sevinc1 |
"Polşa Prezidenti Andjey Dudanın Naxçıvanla sərhədə - Arazdəyənə gedərək Aİ missiyasının "binokl tamaşası"nda iştirak etməsi qəbuledilməz addımdır". Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bu gün Fransanın oyuncağına çevrilən Sudanın ölkəmizə qarşı bu hörmətsizliyi iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər: "Ermənistanın Aİ-yə üzv bəzi dövlətlərin, o cümlədən Polşanın Azərbaycana qarşı başladığı oyunlar digərləri kimi fiaskoya uğrayacaq. Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirməyə və yeni müharibə toxumların əkilməsinə yönəlib. Binoklla tez-tez Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mövqelərini müşahidə etmək məlumat toplayıb onu İrəvanla bölüşməsi bunu bir daha sübut edir. Ümumiyyətlə Aİ-nin sərhəd missiyası iki ölkə arasında davamlı sülhün yaradılmasına və etimad quruculuğuna zərbədir". Deputat vurğulayıb ki, Andjey Dudanın İrəvanda həyata keçirdiyi proqram Azərbaycanın dövlət və legitim təhlükəsizlik maraqlarına zərbə kimi qiymətləndirilməlidir: "44 günlük Vətən müharibəsindən və 1 günlük anti-terror əməliyyatlarında Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş oldu. Amma Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə son qoyması və BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni öz gücünə icra etməsi bəzi qüvvələrin əsil simalarını bizə göstərdi. Xüsusilə də Avropa İttifaqının qurumları və birliyə daxil olan ayrı-ayrı üzv-dövlətlərin.Təcavüzkar və işğalçı siyasəti yürüdən Ermənistana dəstəyin nümayiş etdirilməsi sülh prosesinə ciddi şəkildə mənfi təsir göstərən amildir". aia.az Geri dön |