Ana Sayfa > Ölkə > 3 aptekdə nöqsanlar aşkarlandı

3 aptekdə nöqsanlar aşkarlandı


Bu gün, 12:54. Yazar: sevinc1
3 aptekdə nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi noyabr ayı ərzində 15 aptekdə yoxlama aparıb.

Bu barədə aia.az-a Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

aia.az
Geri dön