Ana Sayfa > Manşet / Qərbi Azərbaycan / Siyasət / Özəl > QƏRBİ AZƏRBAYCAN İCMASI BƏYANAT YAYMIŞDIR

QƏRBİ AZƏRBAYCAN İCMASI BƏYANAT YAYMIŞDIR


29-11-2024, 11:52. Yazar: sevinc1
QƏRBİ AZƏRBAYCAN İCMASI BƏYANAT YAYMIŞDIR

Zaman-zaman Qərb mediasında, xüsusən Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya aparılır, erməni yalanları tirajlanır, azərbaycanlıların və türklərin vəhşi obrazının yaradılmasına cəhdlər edilir. Məlumdur ki belə kampaniyaların arxasında erməni lobbisi və erməni diasporu durur. Fransa mətbuatında belə iftiraların daha çox tirajlanmasının səbəblərindən biri bu ölkədə erməni diasporunun güclü olması və Fransa hökumətində ermənipərəst qüvvələrin çoxluğudur. Bu yaxınlarda Fransanın ARTE kanalında yenidən ölkəmizə və xalqımıza qarşı çirkin kampaniyaya start verilmişdir. Bununla bağlı Qərbi Azərbaycan İcması Bəyanat yaymışdır.
Bəyanatda deyilir:

“Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanmışdır.
Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq.Yalandan özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan dəm vuranlar Azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilmişdir. Təəssüf ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir və cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir.
Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, anti-Azərbaycan nifrətinin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də Fransa siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir.”
Geri dön