Ana Sayfa > Özəl > Malayziyada daşqın: 3 nəfər ölüb, 84 mindən çox insan təxliyə edilib

Malayziyada daşqın: 3 nəfər ölüb, 84 mindən çox insan təxliyə edilib


Bu gün, 11:46. Yazar: sevinc1
Malayziyada daşqın: 3 nəfər ölüb, 84 mindən çox insan təxliyə edilib

Cənub-Şərqi Asiya ölkəsi Malayziyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfər ölüb, 84 min 597 nəfər evlərindən təxliyə edilib.Malayziyanın şimal və şərq sahillərindəki bir çox ştata təsir edən güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Milli Fəlakət Komandanlığı Mərkəzinin verdiyi açıqlamaya görə, 3 nəfər həyatını itirib, 84 min 597 nəfər isə 7 əyalətdəki müvəqqəti sığınacaq mərkəzlərinə təxliyə edilib. Bildirilib ki, daşqından ən çox zərər çəkənlər Kelantan və qonşu Terengqanu əyalətidir. Baş nazirin müavini Əhməd Zahid Həmidi sel fəlakətinin 2014-cü ildəki daşqınlardan daha pis olacağının gözlənildiyini, təxminən 250 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığını və 21 nəfərin həyatını itirdiyini bildirib.

Həmidi, hökumətin daşqın bölgələrində işləmək üçün 82 mindən çox təhlükəsizlik işçisi, o cümlədən qayıqlar, dörd təkərli maşınlar və helikopterlər göndərdiyini söylədi. Dövlət dəmir yolu operatoru KTM Berhad, daşqınlar səbəbiylə şərq sahilində 9 qatar xəttinin dayandırıldığını açıqladı.

Malayziyada noyabr ayında başlayan və mart ayına qədər davam edə bilən musson mövsümündə daşqınlar tez-tez baş verir.

aia.az
Tərcümə şöbəsi
Geri dön