Ana Sayfa > Karusel / Ölkə > Bu ərazilərə qar yağıb -
Bu ərazilərə qar yağıb -Bu gün, 10:17. Yazar: sevinc1 |
Azərbaycana yağan yağıntılarla əlaqədar bəzi rayonlarda dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub. Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib. Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb. aia.az Geri dön |