Ana Sayfa > Özəl > Pakistan tayfaları arasında qarşıdurma... Ölənlərin sayı 102-yə çatıb
Pakistan tayfaları arasında qarşıdurma... Ölənlərin sayı 102-yə çatıbDünən, 20:26. Yazar: sevinc1 |
Pakistanın şimal-qərbində bir həftədir davam edən tayfalararası qarşıdurmalarda ölənlərin sayı 102 nəfərə çatıb. Ölkənin Xeyber-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur. Geo News-un məlumatına görə, Əfqanıstanla sərhəd bölgədə bir həftədir davam edən tayfalararası qarşıdurmalarda ölənlərin sayı 102-yə, yaralıların sayı isə 138-ə yüksəlib. Bölgədə son illərin ən qanlı qarşıdurması yaşanarkən hakimiyyət tərəflər və region liderləri ilə görüşərək gərginliyi azaltmağa çalışır.Münaqişələrdə gərginlik zaman-zaman azalsa da, fasilələrlə yüksəlir. Bildirilir ki, meyitlərin və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var. Son 7 gündür bölgədə təhsil müəssisələri və mağazalar açıla bilmir, qəbilə ərazilərini birləşdirən Pişəvər-Paraçinar yolu da nəqliyyatın hərəkəti üçün bağlanıb. Cümə axşamı, noyabrın 21-də yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin karvanına silahlı hücum edib, azı 42 nəfər həlak olub. Hücumdan sonra bölgədə şiə və sünni qəbilələri arasında qarşıdurma yaranıb. 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir. aia.az Tərcümə şöbəsi Geri dön |