Ana Sayfa > İdman / Karusel > FİG: Azərbaycan modeli digər ölkələrə nümunə ola bilər
FİG: Azərbaycan modeli digər ölkələrə nümunə ola bilər16-01-2017, 20:27. Yazar: admin |
Azərbaycanda gimnastikanın inkişaf modeli digər ölkələrə nümunə ola bilər. Bunu Aia.az-a Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki direktoru və texniki komitəsinin rəhbəri Natalya Kuzmina deyib. Onun sözlərinə görə, Azərbaycan artıq böyük gimnastika ənənəsinə malikdir və yaxşı nəticələr göstərir: "Azərbaycan Gimnastika Federasiyasının gimnastikanı başa düşən və sevən çox gözəl rəhbərliyi, istedadlı məşqçi və xoreoqrafları var. Heç şübhəsiz, bu digər ölkələr üçün yaxşı nümunədir. Ümid edirəm ki, bu mərhələdə yaxşı nəticələr göstərəcək, çünki bunun üçün yaxşı əsas var. Bakıdakı Milli Gimnastika Arenasını mən hələ görməmişəm, lakin eşitmişəm ki, o çox nadir bir qurğudur və gimnastikanın inkişafina müsbət təsiri var. Ən əsası odur ki, sizin tamaşaçılar bədii gimnastikanı çox sevirlər". O, həmçinin yanvarın 17-21-də Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə FİG qitələrarası hakim kursları haqqında fikirlərini də bölüşüb: "Hakimlər imtahan verərək lisenziya və hakimlik dərəcəsi alacaqlar ki, bununla da 4 il ərzində hakimlik edə biləcəklər və Olimpiadada hakim olmaq hüququ uğrunda mübarizə apara biləcəklər". O etiraf edib ki, FİG kursların Bakıda keçirilməsindən çox razıdır, çünki Azərbaycanın belə tədbirləri yüksək səviyyədə təşkil etmək təcrübəsi var. O deyib: "Azərbaycanın böyük ənənələrə malik, istənilən yarışı yüksək səviyyədə keçirə biləcək və istənilən tədbirləri keçirməkdə böyük təcrübəsi olan güclü heyəti var. Bu səbəbdən də FİG-in qitələrarası hakimlik kursunu keçirməklə bağlı elan etdiyi konkursu Azərbaycan qazandı. Biz çox məmnunuq ki, burada gözəl şərait var". Geri dön |