Ana Sayfa > Parlament / Aia TV / Karusel > Qubada təbii fəlakət: evləri su basdı, rayon 7-8 saat işıqsız qaldı
Qubada təbii fəlakət: evləri su basdı, rayon 7-8 saat işıqsız qaldı17-09-2015, 14:55. Yazar: admin |
Ötən gün günorta saatlarından başlayaraq yağan yağış və güclü külək şimal zonasında dağıntılar törədib. Rayonun bəzi kəndlərində evləri su basıb, əksər evlər uzun müddət işıqsız qalıb. Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidovun verdiyi məlumata görə, hazırda dəyən ziyan və küləyin fəsadları aradan qaldırılır: “Dünən saat 16:00-dan başlayaraq yağan leysan rayonda bəzi fəsadlar törədib. Amma rayona ciddi ziyan dəyməyib. Bəzi evlərin hasarlarını su aparıb. Təbii fəlakət nəticəsində Qubanın Alpan, Dağlıq və İspık kəndlərində bəzi evləri su basıb”. Rayon Fövqəladə Hallar Komissiyası əməkdaşlarının ərazidə olduğunu deyən Y. Abidovun sözlərinə görə, təbii fəlakətdən əziyyət çəkən əhaliyə köməklik göstərilib. Hazırda isə rayona dəyən ziyan hesablanır. Təbii fəlakətin fəsadlarının aradan qaldırıldığını deyən Y. Abidovun sözlərinə görə, leysan və külək nəticəsində rayona gələn elektrik xətləri qırıldığından Quba rayonuna gələn elektrik enerjisi 7-8 saat kəsilib. Geri dön |