Ana Sayfa > Ölkə > Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü
Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldüBu gün, 12:24. Yazar: sevinc1 |
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 7 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 5 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər. aia.az Geri dön |