Ana Sayfa > Siyasət > Adəm İsmayıl Bakuvi: “COP 29-un uğurlu nəticələri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir təsdiqi kimi qiymətləndirilməlidir”
Adəm İsmayıl Bakuvi: “COP 29-un uğurlu nəticələri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir təsdiqi kimi qiymətləndirilməlidir”Bu gün, 11:06. Yazar: sevinc1 |
“Müstəqil Azərbaycanın tarixində ölkəmizin ən müxtəlif nüfuzlu beynəlxalq tədbirəlrə ev sahibliyi etməsi faktları kifayət qədər çoxdur. Hər dəfə də Azərbaycanın imkanları, təşkilatçılıq işi müzakirə edilmiş, bədxahlarımızın qarayaxma kampaniyası tədbirdən xeyli öncə başlasa da, tədbirin sonunda səngimiş, əks təbliğat ruporları qəflətən susmuşdur. Bu dəfə də oxşar mənzərə var idi. Düz bir il bundan qabaq -COP29-a Azərbaycanın ev sahibliyi və Sədrliyi qərarı qəbul olunan gündən iyrənc təbliğata start verilmişdi. Gah boykot çasğırışları, gah Azərbaycanın neft ölkəsi olaraq belə bir tədbirə ev sahibliyi etməyə mənəvi haqqının olmaması barədə davamlı təbliğat bütün gücü ilə davam edirdi. Lakin beynəlxalq tədbirlərin keçirilməsində qazanılan təşkilatçılıq təcrübəsi Azərbaycanın belə nəhəng tədbirə uğurlu hazırlığını nümayiş etdirə bildi. Ölkə ictimaiyyətinin dəstəyi, hakimiyyətin təmkinli və ardıcıl mövqeyi öz sözünü dedi. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqların yekdil rəyi təşkilatçılıq məsələsinin qiymətini vermiş oldu.” Bu sözləri aia.az-a müsahibəsində ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib. Müsahibimiz qeyd etmişdir ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı: “Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış edilməsi, müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirilməsi nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Beləliklə də, Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoydu. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Digər tərəfdən, COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Nəticə olaraq COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu.” Adəm İsmayıl Bakuvi xüsusi olaraq vurğulamışdır ki, nəticə olaraq Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi də COP29-un ən böyük uğurlarından biridir: “Sessiyanın mühüm nəticələrindən biri də bu oldu ki, İtki və Zərər Fondu tam şəkildə insitutlaşdırıldı və Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. İqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi olan COP 29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu və bu sadalananlar çox böyük nailiyyətdir və Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yarada bildi.” Müsahibimiz sonda qeyd edib ki, bütün bu uğurların, nailiyyətlərin kökündə ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli mövqeyi, tərəfləri eyni məqsəd uğrunda birləşməyə təşviq edən diplomatik məharəti dayanır: “Dünya liderlərinin nəticələrə əsaslanan qiyməti bunu deməyə əsas verir ki, məhz cənab Prezident İlham Əliyevin mövqeyi bir sıra müsbət qərarların qəbul edilməsində kifayət qədər müsbət rol oynamış, kiçik ada dövlətlərinin, eləcə də müstəmləkə şəraitində yaşayan ölkələrin bundan sonrakı taleyinə təsir edəcək qərarlar qəbul olunmuşdur. ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı olan qərarların müsbət nəticələnməsi də Azərbaycan diplomatiyasının uğurudur. Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.” Geri dön |