Ana Sayfa > Təhsil / Manşet > Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb

Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb


16-01-2017, 17:54. Yazar: admin
Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb




Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub

APA-nın xəbərinə görə, müvafiq qərarla Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı Vəfa Babayeva, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı Fikrət Cahangirov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev tutduqları vəzifədən azad olunublar.

Dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.

aia.az
Geri dön