Ana Sayfa > Şou-biznes > Bu avtomobillər hərraca çıxarılacaq: Qiymətlər 1000 manatdan başlayır

Bu avtomobillər hərraca çıxarılacaq: Qiymətlər 1000 manatdan başlayır


16-01-2017, 14:45. Yazar: admin


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 14-də növbəti avtomobil hərracı təşkil edəcək.

Komitədən Oxu.Az-a verilən məlumata görə, həmin gün ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 11 avtomobil də satışa çıxarılacaq.

Onların sırasında 1995-2011-ci illərdə istehsal edilən avtomobillər var. Onların ilkin satış qiyməti 1000 manatdan başlayır. Hərraca 1200-1800 manata satılan avtomobillər də çıxarılıb. Ən baha satış qiyməti isə “Mitsubishi L 200” avtomobilinə təyin edilib - 4950 manat.

Komitədən bildiriblər ki, avtomobillər indi Daxili İşlər, Vergilər və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin balansındadır.

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin avtomobillərin ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Hərracı çıxarılan avtomobillərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz

http://emdk.gov.az/index.php/az/elanlar/2112-14-fevral-2017-ci-il-tarixd%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1
Geri dön