Ana Sayfa > Cəmiyyət > Bişkek yaxınlığında türk aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb – VİDEO+ YENİLƏNİB

Bişkek yaxınlığında türk aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb – VİDEO+ YENİLƏNİB


16-01-2017, 14:42. Yazar: admin



Bişkek yaxınlığında təyyarənin qəzaya uğradığı ərazidə 11 nəfər xəsarət alıb.

Oxu.Az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin müşaviri Yelena Bayalinova bəyanat verib.

Hadisə yerində insanların axtarışı davam edir.



11:20

Qırğızıstanda “Boeing 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi respublikanın Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yayılıb.

“Təyyarənin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var. İlkin məlumata görə, saat 11:24 (Bakı vaxtı ilə saat 08:24) təyyarənin evlərin üstünə düşməsi zamanı 15-ə yaxın ev dağılıb, 37 nəfər ölüb. Alışan yük təyyarəsi söndürülüb”, - məlumatda deyilir.

Daha öncə 35 nəfərin öldüyü bildirilirdi.

İlkin məlumata görə, “Boeing 747” enmə zolağını keçərək hasara toxunub, daha sonra aeroportun yaxınlığında qəsəbədə qəzaya uğrayıb.

Bu barədə Joqorku Keneşin (Qırğızıstanın Ali Şurasının) nəqliyyat, rabitə, memarlıq və inşaat üzrə komitəsinin sədri Marat Amankulov “24 kg” agentliyinə bildirib.

“İlkin məluamta görə, təyyarə şərqdən qərbə 255 istiqamətdə eniş edərkən hasara toxunub, daha sonra aeroportun yaxınlığında qəsəbədə qəzaya uğrayıb. Hazırda meydana çıxan yanğın aradan qaldırılır. Ölənlər haqqında dəqiq məlumat yoxdur”, - agentlik Amankulovun sözlərindən sitat gətirib.

10:18

Qırğızıstanda “Boeing 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a bazar ertəsi ölkənin Səhiyyə Nazirliyindən xəbər verilib.

“Qəza yerində axtarış-xilasetmə işləri davam edir, bu səbəbdən də ölənlərin sayı haqqında məlumat yaxın zamanda dəyişə bilər”, - nazirlikdən bildiriblər.

Nazirliyin əməkdaşlarının sözlərinə görə, altı uşaq daxil olmaqla səkkiz nəfər xəstəxanaya yatırılıb. Təyyarənin qəzaya uğradığı ərazidə 15-ə yaxın birmərtəbəli yaşayış evi dağılıb.

Son məlumata görə, qəzaya uğrayan təyyarə Türkiyənin “MyCargo Airlines” şirkətinə məxsusdur.

08:45

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 30 nəfər ölüb.

Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, qəza təyyarə eniş edərkən baş verib.

İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.
Geri dön