Ana Sayfa > Manşet / Parlament > Xüsusi təyinatlıların və polislərin maaşları artırılsın -

Xüsusi təyinatlıların və polislərin maaşları artırılsın -


Bu gün, 11:50. Yazar: sevinc1
Xüsusi təyinatlıların və polislərin maaşları artırılsın -

"Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq qulluq keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşları bir neçə dəfə artırılmalıdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.

"Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır. Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olardı", - deyə deputat bildirib.

Deputat eyni zamanda, polis əməkdaşlarının maaşlarının artırılmasını təklif edib: "Hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır".

aia.az
Geri dön