Ana Sayfa > Siyasət > “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu”
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu”Bu gün, 16:40. Yazar: sevinc1 |
"COP29 dünyanın 5-dən böyük olduğunu sübut etdi. Həm də qlobal əhəmiyyətli qərarların qəbul olunmasında dünya ictimaiyyətinin həmrəyliyinin qlobal qərarlara təsir etmək istəyənlərin iradəsini dəyişə biləcəyini göstərdi. COP29 qlobal iqlim dəyişikliklərlə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər saldı. Azərbaycanın COP29-a hədəflərindən biri də elə bu idi". Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Azər Badamov deyib. "Baxmayaraq COP29-a ABŞ və Qərb mane olmaq məqəsdilə tədbiri pozmağa çalışdı. Amma onların Azərbaycana qarşı nümayiş etdirdikləri qərəz və qarayaxmalar ayaq tutub yerimədi. Bayden Adıministrasiyası da COP29-dan bir fürsət kimi istifadə edərək 4 illik hakimiyyəti dövründə yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün Azərbaycanı Ermənistanla yarımçıq sülhə razılaşdırmağa və bu sənədi Vaşinqtonda imzalatdırmağa çalışdı. Amma Azərbaycan öz mövqeyini dəyişmədi və özünün əsas hədəfini kimi COP29-un yüksək səviyyədə keçirilməsi üzərində qurdu. Belə ki, iki həftəyə yaxın davam edən COP29 tədbirlərinə 80-dən çox dövlət və hökumət başçısının gəlməsi və 76 mindən çox nümayəndənin qeydiyyatdan keçməsi ölkəmizə qarşı qarayaxma kampaniyaları aparanlara ən yaxşı cavabımız oldu", - deputat söyləyib. COP29 tədbirlərinin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayan A.Badamov ölkəmizə gələn bütün qonaqların çox məmnun qaldıqlarını bildirib. O, ən əsası da COP29-un qarşısına qoyulmuş hədəflərin icra olunduğunu diqqətə çatdırıb: "Avropa İttifaqı və Avropa Komissiyası Bayden Administrasiyası ilə bir yerdə razılığa gələrək iqlim maliyyəsini az ayırmaq üçün COP29 tədbirlərinə qatılmamaq qərarını verdi. Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıya gəlsə də, COP29 ətrafında müzakirələrə qoşulmaq əvəzinə Azərbaycana qarşı əsassız ittihamlar səsəndirərək özünün sifarişlə gəldiyini nümayiş etdirdi. Amma son məqamda qlobal həmrəylik əldə olundu və iqlim maliyyəsini 300 milyard dollara razılaşdı. Həm də 2035-ci ilə qədər yeni hədəflər müəyyənləşdirldi. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və kiçik ada ölkələrinə iqlim maliyyəsi ilə bağlı həmrəylik əldə olundu. Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu". "COP29 Azərbaycan diplomatiyasının dönüş nöqtəsidr. Yəni Azərbaycan COP29-dan sonra dünyaya yeni bir libasda görünür. Bu, həm də Azərbaycanı beynəlxalq tədbirlərə yüksək ev sahibliyi edən, qlobal çağırışlara qoşularaq töhfə verən, qarşılıqlı hörmət əsasında əməkdaşlıq quran, dostların sayını artıran, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünyaya bir daha tanıtdı", - deputat A.Badamov əlavə edib. Geri dön |