Ana Sayfa > Manşet / Qərbi Azərbaycan / Özəl / Ölkə > Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı
Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakıBu gün, 14:21. Yazar: sevinc1 |
Sumqayıtın 75 illik yubileyinə həsr olunan “Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Qərbi Azərbaycana və Sumqayıta dair videoçarxlar nümayiş etdirilmişdir. Daha sonra Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova açılış nitqi ilə çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirib. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış edərək qərbi azərbaycanlıların tarixi taleyi barədə danışdı və bildirdi ki, istər 1948-1953-cü illərdə, istərsə də 1987-1991-ci illərdə qərbi azərbaycanlılar öz yurdlarından deportasiya olunanda onların ilk gəldikləri ünvanlardan biri də Sumqayıt şəhəri olub. Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılov, şair Əvəz Mahmud Lələdağ mövzu ilə bağlı çıxışlar etdilər. Çıxış edənlər Sumqayıt şəhərinin inkişafında və tərəqqisində bir çox regionlardan olan insanlar kimi, qərbi azərbaycanlıların da xüsusi rolunun olduğunu söylədilər, “Prezident İlham Əliyevin rəhbərliyi altında qərbi azərbaycanlılar tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar”, - inamını ifadə etdilər. Tədbirin sonunda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirdi ki, Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib aia.az Geri dön |