Ana Sayfa > Özəl > Tbilisidə polis parlamentə gedən küçələri bağlayıb
Tbilisidə polis parlamentə gedən küçələri bağlayıbBu gün, 10:32. Yazar: sevinc1 |
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binasının xidməti girişlərinə gedən küçələri tamamilə bağlayıblar. Bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlıların nümayəndələri parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binanın özünə buraxılmır. Parlament seçkiləri nəticəsində formalaşan 11-ci çağırış Parlament bazar ertəsi yerli vaxtla saat 12:00-da (Moskva vaxtı ilə 11:00) ilk iclasında toplaşmalıdır ki, orada spiker, vitse-spikerlər və qanunvericilik orqanının komitələrinin rəhbərləri. Seçkilərin nəticələrinə qarşı çıxan müxalifət və tərəfdarları bazar günündən etibarən mitinq keçirir. Onlar Rustaveli prospektində çadırlarda gecələyiblər. aia.az Tərcümə şöbəsi Geri dön |