Ana Sayfa > Özəl > Yük təyyarəsi Vilnüsdə yaşayış binasının üzərinə düşüb
Yük təyyarəsi Vilnüsdə yaşayış binasının üzərinə düşübBu gün, 10:00. Yazar: sevinc1 |
Bazar ertəsi, noyabrın 25-də Leypsiqdən uçan yük təyyarəsi Litvanın paytaxtında ikimərtəbəli yaşayış binasına çırpılıb və yanıb. Bu barədə LRT məlumat yayıb. Polisin məlumatına görə, təyyarənin qəzaya uğraması barədə məlumat yerli vaxtla saat 5:31-də daxil olub. Təyyarə Vilnüs hava limanı yaxınlığındakı Zirnu küçəsində yerləşən evlərdən birinin üzərinə düşüb. Təyyarə DHL kuryer və logistika şirkətinə məxsusdur. Təyyarədə dörd nəfər olub: iki pilot və iki DHL əməkdaşı. Evdə neçə nəfərin olduğu hələlik məlum deyil. Yanğının söndürülməsinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğın və Xilasetmə İdarəsinin sözçüsü LRT-yə bildirib ki, azı bir nəfər ölüb, iki nəfər yaralanıb. İlkin məlumatlara görə, söhbət təyyarədə olan şəxslərdən gedir. Təyyarənin pilotlarından biri xilas edilib və huşunu itirib. aia.az Tərcümə şöbəsi Geri dön |