Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu -
Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu -Bu gün, 13:58. Yazar: sevinc1 |
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb. FHN-dən aia.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. ***12:31 Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb. aia.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub. aia.az Geri dön |