Ana Sayfa > Özəl > Kiçik ada dövlətlərinə dəstək humanizmin göstəricisidir

Kiçik ada dövlətlərinə dəstək humanizmin göstəricisidir


22-11-2024, 12:22. Yazar: sevinc1
Kiçik ada dövlətlərinə dəstək humanizmin göstəricisidir

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Prezident İlham Əliyevin sammitdəki çıxışı dünya ictimaiyyəti tərəfindən dərin maraqla qarşılanıb. Dövlətimizi9n başçısının irəli sürdüyü müddəalardan bir daha aydın olur ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının olduqca ciddi xarakter daşıyan və bəşəriyyəti gözləyən faciələrdən, kataklizmlərdən xilas etmək üçün COP29 layihəsinə yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Bu Azərbaycan dövlətinin bəşəriyyət qarşısında verdiyi ən böyük töhfələrdən biridir.
"Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir."
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.
Bununla belə, İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.
Azərbaycanın kiçik ada dövlətlərinə birmənalı dəstək nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.
Geri dön