Ana Sayfa > Gündəm > Şirvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş konfrans keçirilib
Şirvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş konfrans keçirilibBu gün, 10:52. Yazar: sevinc1 |
21 noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının 32 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, YAP Şirvan şəhər təşkilatının veteranları, ərazi partiya təşkilatlarının sədr və müavinləri, şəhid ailələri və qazilər iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. Sonra Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi ilə bağlı şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. Daha sonra konfrans iştirakçıları YAP Şirvan şəhər təşkilatının inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov konfransı açıq elan edib. Konfransda Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının tarixinə həsr edilmiş videoçarx nümayiş olunub. Konfransı giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ulu Öndərin siyasi mirası olan YAP ötən 32 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 700 mindən çox z vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanması bu reallığın təsdiqidir. Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının son 2 illik fəaliyyəti haqqında məlumat verərək, partiyanın bundan sonrakı işinin də YAP Mərkəzi Aparatının nizamnamə və proqramı əsasında quracağını bildirdi. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Azərbaycanın deyil, həm də Cənubi Qafqaz regionunun güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının bu günlərdə 32 ili tamam olur. Azərbaycan xalqı 21 noyabr 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının ildönümünü hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideya və arzularının yaşadığını qeyd etdi. Bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - "COP 29"-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının 32-ci il dönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Sonra YAP Şirvan şəhər təşkilatının veteranı Nəriman Şahbazov, İstiqlaliyyət prospekti 10 ünvanında yerləşən ərazi partiya təşkilatının (İcra Hakimiyyəti) sədri Adəm Hüseynov, İstiqlaliyyət prospekti 2 ünvanında yerləşən ərazi partiya təşkilatının (Telekommunikasiya qovşağı) sədri Zaman Verdiyev, şəhid anası Sevinc Hümbətova, İstiqlaliyyət prospekti 8 ünvanında yerləşən ərazi partiya təşkilatının (Heydər Əliyev Mərkəzi) sədri Fəridə Yahyayeva və 44 günlük vətən müharibəsi qazisi Elvin Abbasov öz çıxışlarında Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız üçün etdiklərini vurğulayaraq, Ulu Öndərin milli maraq və mənafeyə hədəflənmiş böyük ideyalarını, ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə həyata keçirən cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi də ölkəmiz üçün mühüm tarixi hadisə olmasından, Ümumilli Liderin siyasi kursunu uğurla davam etdirməsindən, Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına verdiyi bütün vədlərə sadiq qalaraq öz əməli ilə sübuta yetirməsindən bəhs etdilər. Daha sonra partiyanın ictimai-siyasi həyatında yüksək fəallığı ilə seçilən bir qrup partiya üzvləri Fəxri Fərman və hədiyyələrlə təltif olunub. Sonda Yubiley doğum günü olan ərazi partiya təşkilatlarının sədr və sədr müavinlərinə hədiyyələr təqdim edilib. aia.az Geri dön |