Ana Sayfa > Özəl > Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32- ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32- ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir


21-11-2024, 15:08. Yazar: sevinc1
Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32- ci ildönümü münasibətilə  silsilə tədbirlər davam edir

20 noyabr 2024- cü il tarixdə YAP Qazax rayon təşkilatının Qazax Dövlət Sosial İqtisadi Kolleci ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yardılmasının 32- ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə ərazi partiya təşkilatının sədr müavini Elvira Əfəndiyeva açdı və Yeni Azərbaycan Partiyasının 32 il ərzində keçdiyi şərəfli yoldan ətraflı danışdı.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev 1992-ci il noyabrın 21-də məşhur “91-lərin” müraciəti əsasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin xilaskarlıq missiyasından, regionun ən güclü siyasi partiyası olan və sıralarında 730 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən geniş bəhs etdi. Rayon təşkilatının sədri Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında müstəqil, suveren Azərbaycanın yeni – yeni qələbələr, uğurlar qazanacağına böyük əminliyini ifadə etdi.

Tədbirdə ərazi partiya təşkilatının sədri Vüqar Əyyubov , partiya fəallarından Turxan Əliyev, Asya Alhüseynova, Zümrüd Əliyeva və başqaları çıxış edərək tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan , qələbələrdən ətraflı danışdılar.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatdı.

Geri dön