Ana Sayfa > Manşet / Siyasət > Ağdam regionun ən inkişaf etmiş bölgəsinə çevrilməkdədir
Ağdam regionun ən inkişaf etmiş bölgəsinə çevrilməkdədirBu gün, 09:28. Yazar: sevinc1 |
Dörd il əvvəl – 1990-cı il noyabrın 20-də ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu bir güllə atmadan, qan tökülmədən işğaldan azad olundu. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığı qələbənin nəticəsi idi. Döyüş meydanında əldə edilən uğur Ağdamla yanaşı, Kəlbəcər və Laçın rayonlarının da azad olunmasına imkan verdi. Ağdamın işğaldan sonrakı mənzərəsi acınacaqlı idi. Şəhər yerlə yeksan edilmiş və minalanmışdı, necə deyərlər, daş daş üstə qalmamışdı. Bu səbəbdən Ağdama Qafqazın Xirosiması da deyirdilər. Təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adları dəyişdirib, oradakı mülkiyyəti talan edib. Bütün müsəlman abidələri dağıdılıb və təhqir olunmuşdu. Eyni zamanda məsciddən hərbi məqsədlər və ya tövlə kimi istifadə etmişdilər. Cənab Prezidentin də söylədiyi kimi, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Son dörd ildir, Ağdamda yeni inkişaf dövrü başlayıb. Ən çox minalanmış ərazi olmasına baxmayaraq, burada yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır. Şəhərin baş planına uyğun olaraq burada yeni yaşayış məntəqələri inşa olunmaqdadır. Eyni zamanda müasir standartlara uyğun sənaye müəssisələri fəaliyyətə başlayıb. Bu da gələcəkdə bura geri qayıdacaq əhalinin məşğulluğunun təmin olunmasına töhfə verəcək. Ümumiyyətlə, keçmiş məcburi köçkünlərimizin geri qayıtması, burada firavan və təhlükəsiz şəraitdə yaşaması üçün kompleks tədbirlər həyata keçirilir. Ağdama ilk köç isə 2025-ci ildə reallaşacaq. Soydaşlarımız bundan sonra bütün azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdamda əbədi yaşayacaq. Geri dön |