Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel / Seçilənlər > Xocavənd Mərkəzi Xəstəxanasında baş verən anarxiyanı kim durduracaq?

Xocavənd Mərkəzi Xəstəxanasında baş verən anarxiyanı kim durduracaq?


17-09-2015, 13:51. Yazar: admin
Xocavənd Mərkəzi Xəstəxanasında baş verən anarxiyanı kim durduracaq?
1435911937_1435902082_vBaş həkim Ruhəngiz Bəşirova xəstəxananı özünün gəlir mənbəyinə çevirib
Son illər ərzində Xocavənd səhiyyəsi ilə bağlı şikayətlər rekord həddədir desək, yəqin ki, yanılmarıq. Mən deyərdim ki, müxtəlif ünvanlara yazılan şikayət ərizələrinin sayına görə Xocavənd xəstəxanası “Ginnesin Rekordlar” kitabına düşə bilər. Xocavənd səhiyyəsinin əhaliyə qənaətbəxş xidmət göstərməməsinin nəticəsidir ki, bu gün vətəndaşlar imkanları daxilində, müayinə və müalicə üçün başqa rayonlara üz tuturlar. Təbii ki, bu da xeyli əzab – əziyyətə səbəb olur və hər kəsi maddi və mənəvi sıxıntılar bəxş edir.

Hazırda həm paytaxt Bakıda, həm də bölgələrimizdə kifayət qədər yeni tikilmiş səhiyyə ocaqları var ki, vətəndaşlara xidmət etmək məqəsdi ilə istifadəyə verilib. Lakin təəssüflər olsun ki, həmin səhiyyə ocaqlarının demək olar ki, əksəriyyəti yalnız görüntüdən başqa bir şey deyil. Bu obyeklərin yalnız xəstəxana kimi adları var. Belə xəstəxanalardan biri də Xocavənd rayon mə rkəzi xəstəxanasıdır. Bu xəstəxana insanlara tibbi xidmət göstərən səhiyyəobyektindən daha çöx maxinasiya mərkəzinə bənzəyir. Xocavənd rayon xəstəxanasında törədilmiş cinayət xarakterli əməllərin sayı – hesabı yoxdur. Buna görə də bu xəstəxananın fəaliyyətində mövcud olan cinayət xarakterli işlərə görə hüquq – mühafizə orqanlarına kifayət qədər şikayətlər daxil olur. Bu şikayətlər baş həkimin xeyirinə həll olunduğuna görə, əhali artıq hüquq – mühafizə orqanlarına inamlarını itirmişlər. Ən acınacaqlısı isə odur ki, həmin daxil olan şikayətlərin əksəriyyəti bir başa xəstəxananın baş həkimi barəsindədir.
Son zamanlar Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz İsmayıl qızı Bəşirovanın bəzi naqis əməllərinin parlaq nəticəsidir ki, rayon sakinləri səhiyyə şöbəsinə inamını tamamilə itib. Təmir edilməmiş, inventarları isə sınıq-salxaq olan bu xəstəxanada xəstələrin qalması üçün lazımi şərait yoxdur. Dövlət büdcəsindən adıçəkilən tibb ocağına kifayət qədər vəsait ayrılsa da, baş həkim Nurəngiz Bəşirova həmin vəsaitlərin təyinatı üzrə xərclənməsinə şərait yar atmır. Müxtəlif xəbər agentliklərinin verdiyi məlumatlara görə, Xocavənd Rayon Mərkəzi Xəstəxanasında xəstələrə verilməli olan ərzaq və dərman preparatları rəhbərliyin asan qazanc mənbəyinə çevrilib.
Saytlarda gedən xəbərlərə görə, Mərkəzi Xəstəxanada 300-dən artıq çarpayı fəaliyyət göstərməli olsa da, heç 30 çarpayılıq yer yoxdur. Xocavənd səhiyyə idarəsində çalışan 300 tibb personalının yarıdan çoxu isə, yarımştat fəaliyyət göstərir. Səhiyyə şöbəsinin bu qədər işçisi olsa da, xəstəxanaya hər gün yalnız 20-30 nəfər işçı gəlir. Xəstəxanada adları gedən işçilərin əksəriyyəti rayon və xəstəxana rəhbərlərinin qohum əqrabalarıdır, qalanlarının isə yalnız əmək haqqı cədvəlində adları var. Çoxlarının adlarının xəstəxanada işçi kimi getm əsindən özlərinin heç xəbərləri də yoxdur. Çünki həmin onsanların əmək haqqı kartları baş həkimin sərəncamındadır.
Xəstəxanaın fəaliyyətinə gəldikdə isə, yalnız onu qeyd edə bilərik ki Xocavənd rayon xəstəxanasında normal fəaliyyətdən danışmaq mümkün deyil. Çünki xəstəxanada nə xəstə var, nə də xəstəyə qulluq. Xəstəxanaya gələn 5-10 işçinin isə otaqlardan çölə çıxmağa ixtiyarları yoxdur. Xəstəxana ətraf aləmdən təcrid olunmuş həbsxananı xatırladır. Təsadüfi hallarda əlacsız qalan sakinl ər xəstəxanaya müraciət edəndə də, ora gəldiklərinə peşiman olurlar. Çünki lazım oldu, olmadı, xəstəxanaya gələni deydiyyatdan keçirərək məcbur edirlər ki, hökmən xəstəxanada qalmalısan. O xəstələr ki, onların sağlamlığında elədə ciddi bir problemləri olmur. Xəstəni zorla görüntü xatirinə bir iki gün yatırdırlar ki, mənimsənilmiş vəsaitləri silə bilsinlər. Necə deyərlər, baş həkimə pul lazımdır. Çətin narahatçılıq olanda isə, Beyləqan xəstəxanasının həkimləri köməyə çatırlar. Ona görə də xəstəni tez bir zamanda təcili yardım maşını ilə Beyləqan xəstəxanasına göndərirlər. Orada isə bizim xəstəxana işçilərinə gülürlər ki, heç olmasa, belə yüngül xəstələri özünüz müayinə edin də. Xəstəxanada müasir avadanlıqlar olsa da, avadanlıqlardan istifadə etməyi bacaran həkim yoxdur.
Bacaranlar isə baş həkimin hegomonluğundan, təhqirlərindən, aylıq hesab tələb etməsindən boğaza yığılaraq xəstəxananı tərk etməyə məcbur olublar. Xocavənd rayon xəstəxanasının necə işləməsini bilmək üçün uzağa getmək lazım deyil, elə yaxınlıqda yerləşən Beyləqan və Füzuli xəstəxanalarına baş çəkmək kifayət edər. Orada bir neçə saat müşahidə aparmaqla nə qədər xocavəndlinin həmin xəstəxanalara müraciət etdiyini asanlıqla müşahidə etmək olar. Səhiyyə Naziliyindən soruşmaq lazımdır ki, əgər bizim xəstələr başqa xəstəxanalarda müalicə alırlarsa, onda bu xəstəxan aya ayrılan bu qədər vəsait kimin üçündür?! Bu vəsaitlərdən nə qədəri sizlərin ciblərinizə axır?! Nazirliyin işçilərinin cibinə bu vəsaitlər axmasaydı, yəqin ki, onlar bütün bu dəhşətli dağıntılara göz yummmazdılar!
Onsuz da, Xocavənd xəstəxanasında hamı baş həkimin əliaçıqlığından, qonaqpərvərliyindən, səxavətindən ağızdolusu danışır. İşçilər arasında danışırlar ki, onun əliaçıqlığına, səxavətinə görə yolunu Nazirlikdə intizarla gözləyirlər. Xəstəxanada iftixarla danışırlar ki, baş həkim səhiyyə Nazirliyinə gedəndə, qapıçıdan başlayaraq bütün nazirliyin əməkdaşlarına “hörmət” edir, ona görə də baş həkimdən nə qədər şikayət olsa da, ona heç kim bir söz demir. Rayon əhalisi isə yaxşı bilır ki, icra başçı ona “krişalıq”edir. Bu qədər havadarı olan baş həkimdən bundan artığını gözləmək də lazım deyil. Ona görə də o, öz hegemonluğunu davam etdirməklə, işçiləri təhqir edir, onlara özünün qul-qaravaşı kimi baxır, istədiyi zaman işçıləri qorxudaraq işdən azad edir, bir sözlə, baş həkim dövlət xəstəxanasını fərdi təsərrüfatı kimi idarə edir. Xəstəxanadan oğurlanan pullar baş həkimin gözünü o qədər tutub ki, artıq gözü ətrafı belə görmür. Şikayət eləyənləri isə məhkəmə ilə , prokurorla hədələyir. Başa düşmək olmur.

Başa düşmək olmur ki,bu qədər şikayətlər olan baş həkim ,(23 ildən artıq müddətdə) vəzifədə necə qala bilir? Yəqin ki,hər ayın axırında işçilərdən yığılan 3-5 manat kassa pulunun,satılan dərmanların,olmayan xəstələr üçün çəkilən xərclərin,müxtəlif vaxtlarda təmir adına silinən pulların hesabına qalır və belə getsə hələ uzun müddət də vəzifədə qalacaqdır.
Bəlkə, başçı və səhiyyə nazirliyini satın aldığı kimi, baş həkim hüquq mühafizə orqanlarını da satın alıb?! Biz bunun da şahidi olmuşuq. Xəstəxanada əlində saxladığı, ələ öyrədilmiş bəzi işçilərinin sayəsində, bir neçə dəfə yalançı şahidlər təşkil edərək, müəyyən narazı adamları saxta aktlar tərtib edərək, prokuroturaya verib, orada onlara təzyiq edərək, barışığa məcbur etmişdir. İndi bunlardan hər işi gözləmək olar. Bu yerdə necə deyərlər, “arxalı köpək qurd basar” deyimi yada düşür. Bu gün icra başçısını və səhiyyə nazirliyini əhalinin baş həkim tərfindən boğaza yığılması, nə də xəstəxanada baş həkimdən olan narazılıqlar maraqlandırmır, onları yalnız gündəlik “gəlirləri” maraqlandırır. Bütün bu şikayətlər, daxil olan məlumatlar onu deməyə əsas verir ki, bu gün Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovanın və ətrafının fəaliyyəti hüquq – mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.Araşdırılmalıdır ki,Bakıda və başqa yerlərdə evləri olduğu halda qaçqınlar üçün dövlət vəsaiti hesabına tikilmiş evlərdən ona necə pay düşür?

Xocavənd mərkəzi xəstəxanasında mövcud olan anarxiyanı araşdırmaqda davam edəcəyik. Rayonda baş verən bu və digər qalmaqalların səbəbkarları haqqda məlumatlarla tanış olmaq üçün bizi izləməkdə davam edin.Aia.az
Geri dön