Ana Sayfa > Özəl > Övladlarını sobaya qoyub öldürdü! Və, ömürlük həbs cəzasına məhkum edildi

Övladlarını sobaya qoyub öldürdü! Və, ömürlük həbs cəzasına məhkum edildi


19-11-2024, 15:20. Yazar: sevinc1
Övladlarını sobaya qoyub öldürdü! Və, ömürlük həbs cəzasına məhkum edildi


ABŞ-da 1 və 2 yaşlı iki uşağını sobaya ataraq öldürən ana ömürlük həbs cəzasına məhkum edilib.


2017-ci ildə ABŞ-da dəhşətli qətl hadisəsi törədilib. Hadisə anası Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.
Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.

Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı iddia edilib. “İndependent”in məlumatına görə, yarılma hesabatında bildirilib ki, uşaqlar quru istidən və uzun müddət istiyə məruz qalmadan yaranan istilik dəyişiklikləri keçiriblər. Hesabatda “Bu səviyyəyə çatmaq çox uzun zaman alır” ifadəsi işlədilib.

2 övladını sobaya ataraq öldürdüyü bildirilən və əvvəllər 14 müxtəlif cinayətə görə məhkum olunan qadının psixoloji problemləri olduğu bildirilib. Williams şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edildi.

aia.az
Tərcümə şöbəsi
Geri dön