Ana Sayfa > Gündəm > "Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir" -

"Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir" -


19-11-2024, 14:34. Yazar: sevinc1
"Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir" -

"Qanunla nəzərdə tutulmayan halda heç kimə əlillik təyin edilmir. Kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısı alınıb".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, özünüməşğulluq proqramı son altı il ərzində 5 dəfə artırılıb: “Hər il 15-16 min ailəni bu proqram əhatə edir. Onun da yarısı İşsizlikdən Sığorta Fondu, yarısı da Dünya Bankının maliyyəsi hesabına maliyyələşir. Növbəti il üçün 100 min ailənin özünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Bundan başqa, 16 min şəhid ailəsinə mənzil, 7 mindən çox müharibə əlillərinə isə avtomobil təqdim olunub”.

Peşə hazırlığı məsələsinə toxunan S.Babayev vurğulayıb ki, keçən il 9 min müdavim, bu il isə 15 min müdavim peşə hazırlığına cəlb olunub: “İxtisaslı peşə və sərişətli şəxslərin əmək bazarına cəlb olunması əsas məqsəddir. Biliyi olmayan və tələblərə cavab verməyən çoxlu sayda insan əmək bazarına daxil olur və onların təkrar biliyə yiyələnməsi üçün lazımi addımlar atılır”.
Geri dön