Ana Sayfa > Özəl > İran Xarici İşlər Nazirliyinin rəhbəri “müharibəyə hazırlaşmağa” çağırıb

İran Xarici İşlər Nazirliyinin rəhbəri “müharibəyə hazırlaşmağa” çağırıb


19-11-2024, 12:29. Yazar: sevinc1
İran Xarici İşlər Nazirliyinin rəhbəri “müharibəyə hazırlaşmağa” çağırıb

İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanlığı ilə görüşündə düşmənə öz mövqelərini göstərmək üçün mümkün böyük silahlı münaqişəyə hazırlıq görməyə çağırıb.

"Müharibəyə hazırlaşmaq onun qarşısını alır. Əgər onun baş verməsinin qarşısını almaq istəyirsənsə, gücünü ortaya qoymalı, müharibəyə və müdafiəyə hazır olduğunu bəyan etməlisən. Bu, müharibənin qarşısını alacaq. Qarşıdurmaya hazır olmadığınızı göstərərək, ən kiçik bir zəiflik nümayiş etdirsəniz, müharibənin qarşısını alacaqsınız. Müharibə sizə məcbur olacaq”, - deyə onun mətbuat xidməti Əraqçinin sözlərindən sitat gətirir.

aia.az
tərcümə şöbəsi
Geri dön