Ana Sayfa > Özəl > Abxaziya prezidenti Bjaniya istefa verib

Abxaziya prezidenti Bjaniya istefa verib


19-11-2024, 09:42. Yazar: sevinc1
Abxaziya prezidenti Bjaniya istefa verib

Abxaziya prezidenti Aslan Bjaniya istefa ərizəsi yazıb, vitse-prezident Badra Qunba jurnalistlərə bildirib.

"Ölkədə sabitliyin qorunması naminə prezident Aslan Bjaniya istefa ərizəsi verib", - Qunba bildirib.

Bjaniyanın prezidentin mətbuat xidmətinin yaydığı bəyanata görə, o, “ölkədə sabitliyin və konstitusiya quruluşunun qorunması məqsədilə” istefa verib.

Badra Qunba Abxaziyanın müvəqqəti prezidenti təyin edilib
Abxaziyanın vitse-prezidenti Badra Qunba respublikanın müvəqqəti prezidenti təyin edilib, Abxaziya hakimiyyəti ilə müxalifətin əldə etdiyi razılaşmada deyilir.

"Badra Zuraboviç Qunba Abxaziya Respublikasının müvəqqəti prezidenti olur. Verilən bəyanata əsasən, müvəqqəti prezident Qunba baş nazir Aleksandr Ankvabı vəzifədən azad edir və eyni zamanda Valeri Bqanbanı vəzifəyə təyin edir. Hazırkı nazirlər yeni seçilmiş prezidentin andiçmə mərasiminə qədər öz vəzifələrini saxlayırlar. Abxaziya Respublikası”, - bəyanatda deyilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön