Ana Sayfa > Özəl > Finlandiyada Almaniya ilə dənizaltı rabitə kabelinin qırıldığını bildiriblər

Finlandiyada Almaniya ilə dənizaltı rabitə kabelinin qırıldığını bildiriblər


18-11-2024, 17:45. Yazar: sevinc1
Finlandiyada  Almaniya ilə dənizaltı rabitə kabelinin qırıldığını bildiriblər

Finlandiya və Almaniyanı birləşdirən sualtı rabitə kabeli nasazdır. O, bir neçə yüz metr məsafədə Rusiyanın “Şimal axını” qaz kəmərinin yanından keçir. "İlta-Sanomat" xəbər verir ki, bu, birbaşa Mərkəzi Avropaya gedən yeganə Finlandiya dəniz kabelidir.Finlandiyanın Santahamin şəhərindən Almaniyanın Rostok şəhərinə qədər uzanan C-Lion1-də yaranan kəsintilər qeyri-sabit rabitə əlaqəsi ilə nəticələnib. 1200 kilometrlik kabel 2016-cı ildə istifadəyə verilib və dövlətə məxsus olan Cinia fiber optik şirkətinin şəbəkəsinə daxildir.

Şirkətdən verilən məlumata görə, kabel qırılıb və hazırda insidentlə bağlı araşdırma aparılır. Təmir 5 ilə 15 gün çəkə bilər.

aia.az
Tərcümə şöbəsi
Geri dön