Ana Sayfa > İqtisadiyyat / Karusel > "AI-92" markalı benzinin qiyməti BAHALAŞIR?

"AI-92" markalı benzinin qiyməti BAHALAŞIR?


13-01-2017, 12:28. Yazar: admin


"AI-92" markalı benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb".

Bu sözləri açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan və qiyməti Tarif Şurası tərəfindən tənzimlənən "AI-92" markalı benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Şuraya hər-hansı müraciət olmayıb. Hazırda bu məsələ müzakirə olunmur.

Qeyd edək ki, Azərbaycana idxal olunan "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92" markalı benzinə şamil edilməyib. "AI-95" Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir. sonxebe.az
Geri dön