Ana Sayfa > Ölkə > Onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq

Onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq


Bu gün, 12:09. Yazar: sevinc1
Onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq

Onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı 2025-ci ilin dövlət büdcəsindən 60,4 milyon manat vəsait ayrılacaq.

aia.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə onkoloji xəstələrin müalicəsinə ayrılan vəsaitdən 10,3 milyon manat və ya 21,1 faiz çoxdur.

Xərclərin strukturuna Onkologiya Mərkəzi üçün 58,9 milyon manat nəzərdə tutulub.

Vəsait onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ayrılacaq.

Bundan başqa, Milli və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat ayrılacaq.

Artım onkoloji xəstələrin müalicəsinin keyfiyyətinin, o cümlədən şüa diaqnostikası və terapiyası xidmətlərinin təkmilləşdirilməsi, onkoloji xəstələrə göstərilən cərrahiyyə xidmətinin yaxşılaşması, həmçinin onların lazımi dərman preparatları ilə təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

aia.az
Geri dön