Ana Sayfa > Siyasət > Avropa Parlamentinin komitəsi Gürcüstan üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib

Avropa Parlamentinin komitəsi Gürcüstan üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib


12-01-2017, 14:59. Yazar: admin


Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili məsələlər üzrə komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiq edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir, viza rejiminin ləğvinə dair Avropa İttifaqı (Aİ) Şurası və Assambleya arasında əldə olunan sazişinin lehinə 42, əleyhinə 2 deputat səs verib.

Qeyd edək ki, ötən ayın əvvəli Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Gürcüstan vətəndaşlarının Avropaya qısamüddətli səyahətlər etmək üçün viza rejimin ləğvinə dair ilkin razılığa gəliblər. Ona əsasən, saziş pozuntular ortaya çıxdığı halda, onu ləğv edən mexanizmin tətbiqi ilə birgə qüvvəyə minəcək.

Sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti onu institut olaraq təsdiq etməlidir.

Bununla bağlı iclasın yanvar ayında keçiriləcəyi gözlənilir.
Geri dön