Ana Sayfa > Özəl > Bu Qələbə bizimlə əbədi olacaq.
Bu Qələbə bizimlə əbədi olacaq.15-11-2024, 16:39. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin Bakıda Zəfər parkının açılışında çıxışı ilə əlaqədar Gündən -günə yeniləşən ölkəmiz,get-gedə gözəlləşən paytaxtımız bütün dünyanın diqqətini özünə cəlb etməkdə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmişdir. Dövlət başçısı Zəfər abidəsinin qarşısında əklil qoymuş , Dövlət bayrağını ucaltmışdır. İlk növbədə Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik etmiş,vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət diləmişdir. Ali Baş Komandan vurğulamışdır ki,44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir.Biz şəhidlərimizin qisasıni döyüş meydanında aldıq.Bu günlər ərzində Azərbaycan ordusu,bir dəfə də olsun,geri çəkilmədi, ancaq irəli getdi. 44gün ərzində şəhərlərimizin,kəndlərimizin azad olunması ordumuzun gücünü bütün dünyaya bəyan etdi. Prezidentimiz qeyd etdi ki,30 il torpaqlarımızın işğal altında olmasına baxmayaraq xalqımız heç vaxt bu işğalla barışmadı.Çoxlu təzyiqlərə baxmayaraq iradəsindən dönmədi,geri çəkilmədi. 30 il ərzində güclü ordu yaratdıq, Ermənistandan fərqli olaraq biz başqa dövlətlərə arxalanmadıq,öz gücümüzə güvənərək hərəkət etdik. Dövlət başçımız hələ 2003-cü idə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdi ki,nəyin bahasına olursa-olsun,Azərbaycanın ərazi bütövlüyünu bərpa edəcək,Azərbaycanın suverenliyi danışıqlar mövzusu olmayacaq. Ali Baş Komandan demişdir: "İndi Ermənistanın qərb havadarları Ermənistandan "sülh göyərçini"düzəltmək istəyirlər. Sanki 30 illik işğal olmayıb,vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb .Məscidlərimizin,qəbirlərimizin dağıdılması, bütün Qarabağın viran edilməsi sanki olmayıb. Bunları ictimaiyyətə unutdurmaq istəyirlər. Amma Azərbaycan xalqı bunları heç vaxt unutmayacaq və unutdurmayacaq. Bizdən sonra gələn nəsillər də bu tarixi bilməlidir". Prezident İlham Əliyev müharibə dövründə Ermənistanın istifadə etdiyi qadağan olunmuş silahlardan da söz açdı.O bildirdi ki,Ermənistan hətta hərb qaydalarını pozur,dinc əhaliyə atəş açır,ekoloji terror və s. digər çirkin əməllərindən geri qalmırdı.Ancaq heç nə bizi qorxutmadı.Şuşa əməliyyatı uğurla keçdi.Cəmi 1gün sonra isə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və müharibə bitdi.Ona görə də Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan azad olundu. Artıq Azərbaycanda separatçıların izi-tozu qalmayıb.Bu gün Azərbaycanın bayram etdiyi bu Zəfər Azərbaycan ordusunun gücü ilə qazanılıb.İndi Qarabağda quruculuq işləri həyata keçirilir.Buna baxmayaraq yenə də Azərbaycan hər cür təhlükəyə qarşı hazırdır.Xüsusilə Qərb dövlətləri ölkəmizə qarşı öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.Amma Azərbaycan xalqı öz düşmənlərini yaxşı tanıyır. Azərbaycan xalqı çörəkverən və qonaqpərvər xalqdır.Odur ki,mənfur qonşularımız bundan istifadə edib torpaqlarımızı işğal etdilər. Daha sonra ölkə başçısı gözəl və geniş Zəfər parkı, Zəfər muzeyi, Zəfər abidəsindən danışdı. Zəfər tağının hündürlüyünün 44 metr, sütunların sayı 44 olması da xüsusi rəmzi məna daşıyır. Ağaverdi Əliverdiyev YAP Qusar rayon təşkilatının əməkdaşı Geri dön |