Ana Sayfa > Gündəm / İqtisadiyyat > Kommunal xidmətlərin qiyməti süni şəkildə artırılır
Kommunal xidmətlərin qiyməti süni şəkildə artırılır12-01-2017, 12:32. Yazar: admin |
Elektrik və qazın qiymətinin diferensiallaşdırılmasından sonra yeni bina və şəhərciklərdə kommunal ödənişlər artırılır. Hətta kommunal ödənişləri ikiqat qaldırılan şəhərciklər var. Baxmayaraq ki, əksər bina və şəhərciklərdə kommunal xidmətlərə işıq və qaz birbaşa daxil deyil. Yalnız binaların və həyətin işıqlandırması, yaxud da mərkəzi istilik sistemi varsa onda kommunal ödənişlərin qismən artması mümkün sayıla bilər. Oxu.Az-ın məlumatına görə, mütəxəssislər Xəzər TV-yə bildiriblər ki, binanı tikən şirkət kommunal xidmətləri də öz öhdəliyinə götürür və sakinlərdən istədiyi məbləği tələb edir. Üstəlik, zaman keçdikçə ödənişlər artırılır. Bəzən həmin ödənişin məbləği başqa binada kirayə pulu qədər olur. Halbuki, Mənzil Məcəlləsinə görə bina təhvil verildikdən 6 ay sonra, binanı tikən şirkət idarəetmədən çəkilməlidir və bu cür xidmətlər 3 formada həyata keçirilə bilər. Yeni cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildikdən sonra binanı tikən sahibkar və yaxud idarə edən şirkət avtomotik idarəetmədən uzaqlaşdırılır. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Mənzil-komunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, bənzər hallar bəzi sahibkarların bina tikilib təhvil verildikdən sonra özlərini əmlak sahibi kimi aparmasından qaynaqlanır. Əgər vətəndaşlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün kömək və yaxud maariflənmək istəyirlərsə nazirliyin Mənzil-komunal siyasəti şöbəsinin 012 493 04 86 saylı nömrəsinə müraciət edə bilərlər. Bu günə kimi artıq 40-a yaxın binada belə cəmiyyət yaradılaraq dövlət qeydiyyatından keçirilib. Geri dön |