Ana Sayfa > Karusel / Ölkə > Bakıda kişi hamilə arvadını xəstəxanada qoyub qaçdı
Bakıda kişi hamilə arvadını xəstəxanada qoyub qaçdı14-11-2024, 16:38. Yazar: sevinc1 |
Bakıda kişi hamilə arvadını xəstəxanada tərk edib. aia.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı səhifəsi məlumat paylaşılıb. Paylaşımda qeyd olunub ki, hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər, orada onu tərk edərək qaçıb: “Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri götürməsini gözləyir. Daha sonra həyat yoldaşı ona pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib və öz başının çarəsinə baxmasını məsləhət görüb”. aia.az Geri dön |