Ana Sayfa > Özəl > Birinci xanımlar arasında gərginlik

Birinci xanımlar arasında gərginlik


14-11-2024, 11:20. Yazar: sevinc1
Birinci xanımlar arasında gərginlik


ABŞ-ın hazırkı və yeni birinci xanımları arasında gərginlik var. Melaniya Tramp Cill Baydenin Ağ Evdə çay içməyə dəvətini rədd edib. Qərarın səbəbi ilə bağlı müxtəlif iddialar var.ABŞ bu axşam Oval kabinetdə 47-ci seçilmiş prezident Donald Tramp və hazırkı prezident Co Baydenin görüşünə diqqət yetirərkən, arxa planda gözlənilməz bir inkişaf baş verdi. Birinci xanımlar arasında gərginlik yaşandığı iddia edilir.

Amerika mətbuatının yazdığına görə, yeni birinci xanım Melaniya Tramp Cil Baydenin Ağ Evə dəvətini rədd edib. Bununla belə, birinci xanımların hakimiyyətin təhvil verilməsindən əvvəl çay süfrəsində bir araya gəlməsi 100 illik ənənədir və Melaniya Tramp bu ənənəni pozub.
Təəccüblü qərarın səbəbi məlum deyil. Bir iddiaya görə, Melaniya Tramp yeni çıxan kitabı ilə bağlı əvvəldən planlaşdırılan tədbirlə ziddiyyət təşkil etdiyi üçün çay dəvətinə qatıla bilməyəcəyini bildirib... Bununla belə, əsl səbəbin başqa bir şey olduğu iddiaları da var. İddia olunur ki, Melaniya Tramp 2 il əvvəl Trampın Mar-a-Laqodakı malikanəsinə FTB basqınına reaksiya verib... Çünki Co Bayden həmin basqının həyata keçirilməsinə icazə verib. FTB agentləri hətta Melaniya Trampın paltar çekmecelərində axtarış aparıblar. Bu səbəbdən birinci xanımın Bayden ailəsinə reaksiya olaraq çay dəvətini qəbul etmədiyi iddia edilir.


Bəs, əri yenidən prezidentliyə gələndə Melaniya Tramp ənənələri pozmağa davam edəcəkmi? Amerika mətbuatının yazdığına görə, Melaniya Tramp Ağ Evdə tam ştatlı birinci xanım olmaq istəmir. O, vaxtının çox hissəsini Floridadakı malikanələrində keçirmək istəyir. Trampın seçki kampaniyası zamanı cəmi bir neçə dəfə meydana çıxması onun bundan sonra da arxa planda qalacağına dair gözləntiləri gücləndirir.

aia.az
Tərcümə şöbəsi
Geri dön