Ana Sayfa > Siyasət > Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü

Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü


14-11-2024, 10:14. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü

Dövlət bayrağı müstəqilliyimizin, müasirliyimizin, tarixiliyimizin və milli-mənəvi dəyərlərimizin simvoludur. Bayraq, milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür. Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa, bayrağı da var. Odur ki, dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır.
Tarix sübut edib ki, bayrağa sahib olmaq hər bir xalqa nəsib olmur. Bayrağı yüksəltmək müəyyən bir ərazidə öz dövlətini qura bilən, onu möhkəmləndirib yaşadan, öz milli-mənəvi dəyərlərini mühafizə və inkişaf etdirən xalqlara nəsib olur.
Başımız üzərində dalğalanan, dünyaya bizi tanıdan XX əsrin əvvəllərində öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğumuzun təsdiqidir.

XX əsrin sonunda Dövlət bayrağımız ilk dəfə ulu öndə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə qəbul edilmişdir.
Üç rəngli bayrağımız 1918-ci ildə Azərbaycan səmalarında 18 ay dalğalansa da ölkəmizin keçmiş sovet imperiyası tərəfindən təcavüzə uğramasından sonra endirilmişdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağımız yenidən ucaldılmışdır.
Tarixə düşən faktdır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də milli bayrağımız ilk dəfə Naxçıvan Ali Məclisində rəsmi dövlət bayrağı kimi qəbul edilmişdir.
Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan natiqlər qeyd etmişlər ki, dünyada ən hündür bayraq dirəyi məhz Azərbaycanda-Bakıda ucaldılmış, bayraq muzeyi yaradılmışdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Geri dön