Ana Sayfa > Aia TV > Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub

Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub


11-01-2017, 20:43. Yazar: admin
Kiprlə bağlı danışıqlarda razılıq əldə olunub







Cenevrədə Kiprlə bağlı aparılan danışıqlarda bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.

Aia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Kipr üzrə xüsusi müşaviri Bart Eyde məlumat verib.

Onun sözlərinə görə, bugünkü danışıqlarda Kipr icmasının rəhbəri BMT-yə yol xəritəsi təqdim edib. Amma sənədin detalları ictimaiyyətə açıqlanmır.

Bu konfransı tarixi hadisə adlandıran BMT rəsmisi qeyd edib ki, danışıqlar sabah Türkiyə, Yunanıstan və Böyük Britaniya XİN-in iştirakı ilə davam edəcək.

Qeyd edək ki, Kiprlə bağlı danışıqlar 2015-ci ildə yenilənib.


aia.az
Geri dön