Ana Sayfa > Siyasət > Hikmət Hacıyevdən Azərbaycanı tənqid edənlərə CAVAB
Hikmət Hacıyevdən Azərbaycanı tənqid edənlərə CAVAB12-11-2024, 09:51. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərə cavab verib. aia.az verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb. “Burada İsveçrə xaric olmaqla demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olub. Ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədar əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər. Burada biz yenə ucuz xarakterli, bir qədər populist elementləri görürük. Qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir, Real dünyanın tələbatları var. Təbii ki, iqlim dəyişikliyinə mənfi təsir göstərməsi faktdır. Bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz, mahiyyət daşımayan müzakirələrlə. Bizdən əvvəl Avropa ölkələri bu konfransa ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır və s.", - o deyib. Geri dön |