Ana Sayfa > Özəl > Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür

Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür


11-11-2024, 21:00. Yazar: sevinc1
Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyada əhatə olunan və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir. Tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.
Türk Dövlətləri Təşkilatı bu gün ən önəmli qrumlardan biridir. Türkdilli xalqların birliyi, hərəyliyi və birgə fəaliyyətidir. Təbii ki, Türk Dövlətləri Təşkilatının təsis sənədi, Naxçıvan Sazişinin 15-ci ildönümü münasibətilə bütün Türk dünyasının 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününü qürurla qeyd etdi. Türk dövlətləri arasında “Dildə, fikirdə, işdə birlik!” şüarına nail olmaq üçün əzmlə çalışmağa davam edəcəkləri bildirildi. Getdikcə güclənən Türk Dövlətləri Təşkilatının artıq Qırğızıstanın paytaxtı Bişkekdə 11-ci Zirvə görüşü keçirildi və cənab Prezident İlham Əliyev iclasda çıxış etdi. Bildirdi ki, ”B u il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətlərı Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib“. Cənab Prezident onu da deyib ki, Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm. Təbii ki bu da qardaş ölkənin uğurlarına sevincin səmimi ifadəsir. Prezident İlham Əliyev TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehtiyacı olduğunu çıxışlarının birində xatırladaraq, bu istiqamətdə Azərbaycan tərəfindən bir çox tədbirlər keçirildiyini vurğulayıb, hazırda da bu istiqamətdə daha bütöv, daha birləşmiş şəkildə gələcəyə doğru addımlar atıldığını bildirib. Ölkə rəhbəri bu əminliyinin təsadüfi olmadığını qeyd edərək deyib: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Bütün bunlarla yanaşı Azərbaycan TDT-yə üzv dövlətlər arasında münasibətlərin inkişafına xüsusi önəm verir, Türk dünyası birliyinin güclənməsini daim diqqətdə saxlayır. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması da bunun bariz ifadəsidir. Təşkilatda təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bu görüşlər və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.

Geri dön